Sənəd tələb edən polisə bıçaqla xəsarət yetirmək istədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sənəd tələb edən polisə bıçaqla xəsarət yetirmək istədi - Foto

Kriminal

21 Aprel 2020 12:26 755


Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları rayon ərazisində xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onlara müqavimət göstərib.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, qanunsuz hərəkətlərinə davam edərək bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib. Dominos pizza

ŞRPŞ-də onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!