Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır

saytların hazırlanması

Evə çatdırılma

Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır

Hadisə

22 Yanvar 2021 15:52 759


Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilir.

Yenisabah.az xəbər verir ki, bunun üçün “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunur.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın. Toyuqlu pizza

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!