Sənədsiz evlərə “kupça” verilməsində yenilik: 15 gün...

saytların hazırlanması

Evə çatdırılma

Sənədsiz evlərə “kupça” verilməsində yenilik: 15 gün...

Siyasət

23 İyul 2025 10:04 24483


Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.

“Yeni Sabah” xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.

“Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Dördpendirli pizza

Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elbrus Haciyev
    Tapagim ve evim var senedlesdirmek isteyirem
    10 months ago
  • Rakeş
    Sənədsiz ev deyəndəki məmurun xəbəri olmadan ev dilinə bilər? Qaz su işiq varsa ailə yaşayırsa neft ərazisi və mühafizə zolağinda deyilsə ev sənəd ərzində görə uzadirsiniz və sənədə vermirsiniz? Əgər sənədsiz evlərə sənəd verilsə vətəndaşlar ev pulu ödəyərlər bücəyyə dövlətə xeyr olar şərtin sonu.
    10 months ago
  • ceyhun
    salam mene komey edin zehmet olmasa
    10 months ago
  • ceyhun
    salam men xezer rayonunda turkan uzumculuy safxozundadi evim torpagin cixariwi var evin yoxdu hara muraciyet edim zehmet olmasa komeyliy gosterin
    10 months ago
  • Novruz sadiqli niyazi oglu
    Menim yasadigim evin ve torpagin sadece etibarnamesi var bunun ucun ne etmeliyemki kupca alim
    10 months ago
  • Rəşid
    Necə kupca alaq
    10 months ago
  • Sevinc
    Mən Vəliyeva Sevinc Vaqif qızı. Səbail Rayon Bayl 5 qəsəbəsi Əli Nəzmi 1 a ünvanında ata mülkündə yaşayıram. Atam Vaqif Vəliyev Şahlar oğlu. Evini daşınan və daşınmaz əmlakın natarusla mənə vəsiyyət edib. Mən evə kupça almaq istəyirəm. Zəhmət olmasa mənə köməklik göstərərdi iz. Əvvcədən təşkil edirəm.
    10 months ago
  • Ilkin
    Indi biz hara muraciet edek eve kupca alaq
    10 months ago