Sənədsiz evlərlə bağlı ekspertdən   MÜHÜM AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sənədsiz evlərlə bağlı ekspertdən MÜHÜM AÇIQLAMA

İqtisadiyyat

12 Mart 2021 15:38 1001


Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi fərdi yaşayış evlərinin qiymətinin bahalaşmasına səbəb olacaq.

Yenisabah.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, məlumatlara görə paytaxt və regionlarda təqribən 250 mindən çox fərdi yaşayış evi artıq inventarlaşdırılıb: "İnventarlaşma prosesi davam edir və nə vaxt yekunlaşacağı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı deyə bilər. Amma hesab edirəm ki, bu prosesi ilin sonuna qədər yekunlaşdırmaq mümkündür". pizza mizza

R.Osmanov qeyd edib ki, bu gün yarım milyondan artıq tikili faktiki olaraq bütün sərəncam hüquqlarından, digər məsələlərdən kənarda qalır, yəni onlar üzərində aparılan əməliyyatlar, o cümlədən alqı-satqı əməliyyatları faktiki olaraq qeydiyyata alınmır: "Bu baxımdan həmin evlərin rəsimləşdirilməsi qiymət artımına səbəb olacaq çünki sənədsiz evlə sənədli evin arasında qiymət fərqləri var. Sənədsiz evlər daha ucuz qiymətə satılır, ancaq o evlər sənədləşdirildikdən sonra ucuz qiymətə satılmayacaq". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!