“Səni ulaq yerinə qoyub çırpırlar” – Müğənnilər efirdə bir-birilərini təhqir etdilər   + Video 

saytların hazırlanması

Evə çatdırılma

“Səni ulaq yerinə qoyub çırpırlar” – Müğənnilər efirdə bir-birilərini təhqir etdilər + Video 

Şou

06 Mart 2020 15:13 2433


Xəzər TV-də efirə gedən “Hər şey daxil” verilişinin canlı yayımında Əməkdar artist Elza Seyidcahanla müğənni Mətanət Əsədova arasında dava düşüb. 

Yenisabah.az xəbər verir ki verilişə telefonla qatılan Elzanın sözləri Mətanət Əsədovanı özündən çıxarıb. Müğənni bəstəkarın dediyi sözlərə dözməyərək, təhqir edib: "Bir dəqiqə, ay qız. Onun səsini kəsin. Danışma Elza. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq da sənsən! Elza, sən məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Tək sən yox, sənin timsalında olanlar. Ayıb olsun sənə! Bəstəkar adını almısan, o da sənə haram olsun. Əməkdar adı ayıb olsun sənə. Utanmırsan, yekə qadınsan, ulaqdan, atdan danışırsan? O kimdir axı mənlə elə danışır? Siz bunlara nə boyda ixtiyar vermisiniz? Hələ ki, səni ulaq yerinə qoyub, səni çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Sənin mənlə şəxsi münasibətin varsa, heç Manafın da ağzını açmağa qoymaram. Manafın da yerinə sənin cavabını verərəm. Təkbətək görüşüb, lazım olan yerdə sənin cavabını verərəm. Çaşma".

Xatırladaq ki, Elza Seyidcahan canlı bağlantı zamanı həmkarının ünvanına xoşagəlməz ifadələr işlədərək, onu özüün ulaq yerinə qoymaqda qınayıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!