“Sənin və ailənin həyatını bitirəcəyəm” - Milli futbolçu sevgilisini hədələdi, məhkəməlik oldu

saytların hazırlanması

Evə çatdırılma

“Sənin və ailənin həyatını bitirəcəyəm” - Milli futbolçu sevgilisini hədələdi, məhkəməlik oldu

İdman

03 Fevral 2020 09:37 1366


Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Dorukhan Toköz məhkəməyə verilib.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçidən keçmiş sevgilisi Cansu Gəzər şikayətçi olub. 

Bildirilir ki, 9 aydır 23 yaşlı futbolçu ilə sevgili olan C.Gəzər Türkiyə millisinin üzvünün ona böhtan atdığını və danışmaması üçün təhdid etdiyini söyləyib. O, məhkəmədə bunları deyib: Pepperoni pizza

“Toköz məni “Sən məni aldatdın, Gəzər”, deyə evdən qovdu. Daha sonra mediaya doğruları danışmamağım üçün məni təhdid etdi. “Sənin və ailənin həyatını bitirəcəyəm. Sənə etdiklərim haramın olsun”, - deyə dəfələrlə məni təhdid edib. Mən o zədələnəndə onun paltarlarını belə yumuşam”.

Məhkəmə futbolçunun 4 ay müddətində keçmiş sevgilisinə yaxınlaşmaması haqqında qərar çıxarıb. 

Qeyd edək ki, Dorukhan Toköz 4 ay idi ki, zədəli idi. “Ağ-qaralar” yanvarın 17-də onunla daha 3 illik müqavilə imzalamışdı. 

Naibə



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!