“Sənsiz darıxdırıcı olacaq” –   Emin Ruslanın gedişi haqda

saytların hazırlanması

Evə çatdırılma

“Sənsiz darıxdırıcı olacaq” – Emin Ruslanın gedişi haqda

İdman

10 İyun 2019 14:39 963


“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Ruslan Abışovun komandadan ayrılmasına münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, şəxsi “Feysbuk” səhifəsində bununla bağlı təəssüratlarını bölüşən Mahmudov 31 yaşlı müdafiəçinin paytaxt klubundan gedişinə təəssüfləndiyini dilə gətirib:

“Sağ ol, kapitan! “Neftçi”yə gəldiyim ilk gündən hər şeydə mənə kömək etdiyin üçün sənə minnətdaram. Təəssüf ki, yaxın dostlarımdan daha biri komandadan gedir. Sənsiz darıxdırıcı olacaq. Təəssüf ki, zədən bizə mövsümü birlikdə keçirməyə imkan vermədi. Amma əminəm ki, gələcəkdə səndə hər şey alınacaq. Çünki Azərbaycan futbolunda sənin kimi peşəkar oyunçu yoxdur!  Sezar pizza

Uğurlar, kapitan, dostum, qardaşım!”.

Qeyd edək ki, Ruslan bu gün “Neftçi” ilə yolları ayırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!