Ermənilər qorxuya düşdü:   Sentyabrda Qarabağda yeni müharibə başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər qorxuya düşdü: Sentyabrda Qarabağda yeni müharibə başlayacaq

Hadisə

18 Avqust 2021 23:15 13277


Ermənistanda yeni müzakirə mövzusu var: sentyabrda yeni müharibə başlayacaq.

Genişmiqyaslı müharibə istisnadır, ruslar Azərbaycan-Ermənistan müharibəsinə imkan verməzlər: belə bir müharibə bölgədə Rusiya və Türkiyəni də tərəfə çevirir.

Hərçənd, sərhəd və Qarabağda kiçikçaplı eskalasiya gözləniləndir: sərhədin Rusiyanın təqdim etdiyi xəritələrə uyğun bərpası reallaşmalıdır, əsas problem Kəlbəcər istiqamətində yaşanır, proseslərin inkişafı Qarabağda erməni terrorçuların çıxarılması üçün də hərbi variantı aktuallaşdırır. Marqarita pizza

Ermənilərin "sentyabrda müharibə” müzakirəsi isə daha çox qorxudan qaynaqlanır. Onlar Azərbaycanın 44 günlük müharibənin ildönümündə Qarabağda yarımçıq qalan işini tamamlayacağını, toqquşmaların Ermənistana keçəcəyini hesab edirlər.

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!