Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.
Yenisabah.az apa-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.
O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib. pizza
"Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. "Rəqəmsal məktəb" platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq", - sektor müdiri əlavə edib.
Telegram kanalımız