Sentyabrın 15-dən sonra daha pis olacaq – XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrın 15-dən sonra daha pis olacaq – XƏBƏRDARLIQ

Sosial

03 Sentyabr 2025 12:16 28527


“Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır”.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Razi Nurullayev sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Bakı ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir:  Toyuqlu pizza

“Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma başa çatdırılmır. Bir kilometr yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yolla bağlı işlər görülür. Məncə işlərin daha da sürətlənməsi və 24 saatlıq rejimə keçilməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!