“Sepah” generalı: Nə Çin, nə də Rusiyanın bizi müdafiə etmək öhdəliyi var

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” generalı: Nə Çin, nə də Rusiyanın bizi müdafiə etmək öhdəliyi var

Dünya

04 Avqust 2025 10:04 306


"Çin və Rusiya ilə 25 və 20 illik müqavilələrimizdə ortaq müdafiəyə dair maddə yoxdur, ona görə də 12 günlük müharibə dövründə onlardan heç bir kömək almadıq".

Yenisabah.az khabar-e fouri-yə istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi şöbəsinin rəis müavini general Yadullah cavani deyib.

"Rusiya ilə hərbi əməkdaşlıq müqaviləmiz var, lakin Rusiya Ukrayna ilə müharibəyə başlayanda bu müharibəyə qoşulmadıq. Çünki belə bir öhdəliyimiz yoxdur. Belə bir öhdəlik, adətən, bir neçə ölkə və ya iki ölkə arasında bağlanana müqavilələrdə olur. Bizim yalnız hərbi əməkdaşlığımız var, yəni hərbi texnika alğı-satqısı və s. Dördpendirli pizza

12 günlük müharibə zamanı Çin və ya Rusiyaya konkret xahişimiz olub və onlar bizə kömək etməyiblər".

Üçüncü məqam odur ki, Çin və Rusiya olmaqla iki ölkəni, xüsusən də Rusiyanı araşdırsaq, cənab Putin şəxsən müharibə dövründə siyasi və diplomatik sahədə beynəlxalq forumlarda İslam Respublikasının xeyrinə mühüm addımlar atdı və onların siyasi cəhətdən etməli olduqları dəstəyi verdi”, - deyə general cavani vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!