İsrailin hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri öldürülüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.
Bildirilib ki, Ə.Təngsiri Bəndər-Abbas şəhərində endirilən zərbə nəticəsində həyatını itirib. pizza
O¸Hörmüz boğazının bağlanmasına cavabdeh şəxs olub.
İran və israil rəsmiləri Ə.Təngsirinin öldürülməsi barədə hər hansı məlumat yaymayıb.
***
İsrailin müdafiə naziri İsrael Kats SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kontr-admiralı Əlirza Təngsirinin ölkəsinin aviazərbəsi nəticəsində öldürüldüyünü bildirib.
"İsrail Müdafiə Ordusu SEPAH-ın HDQ komandanını - Hörmüz boğazının minalanması və dəniz gəmiçiliyi üçün bloklanması üzrə terror əməliyyatına birbaşa cavabdeh olan şəxsi məhv edib", - Kats hərbi rəsmilərlə keçirilən müşavirə zamanı deyib.
Onun sözlərinə görə, İsrailin bu əməliyyatı SEPAH üçün bir mesajdır:
"Biz müharibənin məqsədlərinə çatmaq üçün İranda fəaliyyət göstərməyə davam edəcəyik".
Telegram kanalımız