SEPAH İranda əməliyyata başladı: Ölənlər var 

saytların hazırlanması

Evə çatdırılma

SEPAH İranda əməliyyata başladı: Ölənlər var 

Dünya

03 Oktyabr 2024 10:22 688


İranın Sistan və Bəlucistan əyalətində "Ceyş əl-Ədl" silahlı qruplaşması ilə SEPAH və təhlükəsizlik məmurları arasında silahlı qarşıdurma olub. 

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, hökumət məmurlarının keçirdiyi əməliyyat nəticəsində qruplaşmanın bir neçə üzvü öldürülüb, çox sayda silah və sursat ələ keçirilib.  Marqarita pizza

Öldürülənlərin sayı barədə açıqlama verilməyib. 

Qeyd edək ki, son iki gün ərzində Sistan və Bəlucistan əyalətinin iki rayonunda hökumət məmurlarına qarşı hücumlar olub. 

Hücum nəticəsində 4 SEPAH və təhlükəsizlik məmuru həlak olub, bir neçə nəfər yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!