“Sepah“ İraq Kürdüstanına raket zərbəsi endirdi

saytların hazırlanması

Evə çatdırılma

“Sepah“ İraq Kürdüstanına raket zərbəsi endirdi

Dünya

09 Sentyabr 2021 12:43 774


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İraq ərazisindəki kürd qüvvələrinə zərbə endirib.

Yenisabah "Sepah News"a istinadla xəbər verir ki, bu barədə İİKK-nin quru qoşunlarının komandanlığı məlumat yayıb.

Əməliyyat sentyabrın 8-də həyata keçirilib. Pepperoni pizza

İİKK Ərbil yaxınlığındakı hərbi mövqeləri 7 qısamənzilli "yer-yer" raketi ilə hədəfə alıb.

İİKK-nin bəyanatında əməliyyatın son günlərdə İranın Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində səhədi keçən kürd terrorçu qrupların törətdiyi cinayətlərə cavab olduğu vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl "Sepah" İraq Kürdüstan Regional Hökumətini qisas barədə xəbərdarlıq etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!