“Sepah” rəsmisi: Hörmüz boğazına dair qərarı Ali rəhbər verə bilər

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” rəsmisi: Hörmüz boğazına dair qərarı Ali rəhbər verə bilər

Dünya

11 Oktyabr 2025 13:21 437


Hörmüz boğazının açılması və ya bağlanması ilə bağlı qərar İranın ali rəhbərliyinə aiddir.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri bildirib.

O, Hörmüz boğazının strateji əhəmiyyətini vurğulayaraq, onu “dünyanın enerji arteriyası” adlandırıb və İranın hər zaman təhlükəsizliyini təmin etdiyini və onu açıq saxladığını vurğulayıb: Marqarita pizza

“Lakin məntiqlidirmi ki, dünya bu boğazdan faydalanır, İran isə qazanmır?

Kont-admiral Fars körfəzində nüvə gəmilərinin yaratdığı ekoloji risklər barədə xəbərdarlıq edərək, Yaponiya gəmisi ilə Amerika sualtı qayığı arasında neft sızması və ətraf mühitə ziyanla nəticələnən əvvəlki insidenti xatırladıb.

O, xarici hərbi qüvvələrin bölgədə mövcudluğunu tənqid edərək, onların davamlı mövcudluğuna haqq qazandırmaq üçün düşmənçiliyi qızışdırdıqlarını iddia edib.

“İran son 300 ildə heç bir ölkəyə hücum etməyib”, - deyən Təngsiri əlavə edib ki, “ölkə düşmənçilik niyyətində deyil, lakin biz öz milli maraqlarımızı qətiyyətlə müdafiə edəcəyik”.

Kontr-admiral Təngsiri bir daha qeyd edib ki, Hörmüz boğazının bağlanması və ya açıq saxlanılması ilə bağlı yekun qərar İranın yüksək səviyyəli rəsmilərinə aiddir və İran neftinin ixracına xarici təzyiqlərin səviyyəsindən asılıdır. İranın müdafiə sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Təngsiri ölkənin tam hərbi özünü təmin etməsinə nail olduğunu bildirib.

“Bu gün raketlər, pilotsuz təyyarələr və dəniz gəmiləri ixrac edə bilən ölkələr sırasında olmaqdan qürur duyuruq”, - deyə o, fikrini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!