SEPAH TƏKZİB YAYDI: “Akıncı” tapmadı, özümüz tapdıq 

saytların hazırlanması

Evə çatdırılma

SEPAH TƏKZİB YAYDI: “Akıncı” tapmadı, özümüz tapdıq 

Maraqlı

21 May 2024 11:21 6476


Türk və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin "Akıncı" PUA-sının tapması haqqında materiallar var. Lakin SEPAH-a bağlı olan Telegram kanalı bunun əksini iddia edir. 

Yenisabah.az iddianı olduğu kimi təqdim edir: 

"Səhər duman aradan qalxdıqdan sonra helikopterin qəzaya uğradığı yer Türkiyəyə məxsus PUA deyil, İran helikopteri tərəfindən müəyyən edilib. PUA-nın elan etdiyi yer qəza yerindən 6,5 km aralıda olub".  Marqarita pizza

Qeyd edək ki, hazırda İranın bütün media quruluşları da bu istiqamətdə əks - təbliğat aparırlar. İran rəsmiləri də israrla qeyd edirlər ki, Türkiyəyə məxsus "Akıncı" PUA-sı qəza yerini tapa bilməyib. Lakin bu iddialarını əsaslandıranda fərqli arqumentlər gətirirlər. 

Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!