Separatçı Araik niyə Ağdərəyə gəlib?   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Separatçı Araik niyə Ağdərəyə gəlib? - SƏBƏB

Rəsmi

25 Yanvar 2021 22:34 2633


1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən –yanvarın 24-də Xankəndindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib. 

Yenisabah.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Arutyunyan  “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib.

Məlum qucaqda oturan xunta rəhbəri iclasda müharibədən sonrakı vəziyyətdən, evlərini itirmiş və Azərbaycanın azad etdiyi rayonlardan gəlmiş ermənilərin "rayon" ərazisində yerləşdirilməsindən danışıb. pizza

Məlumatda separatçıların görüşündə Ağdərədə yerləşən erməni diviziyasının komandiri Karen Şakaryanın da iştirak etdiyi bildirilir.  /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!