Separatçı başçı yenə Moskvaya gedəcək   - Yeni “seçki”lərə icazə üçün...

saytların hazırlanması

Evə çatdırılma

Separatçı başçı yenə Moskvaya gedəcək - Yeni “seçki”lərə icazə üçün...

Rəsmi

10 İyul 2021 17:05 2538


Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin rəsmən sülhməramlı missiyalı Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyanın yaxın günlərdə yenidən Moskvaya yola düşəcəyi haqda informasiyalar yayılıb.

Yenisabah.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistanın “Qraparak” nəşri özəl mənbələrinə istinadla  məlumat yayıb.

Məlumata görə, Araik öz komandasına Moskvadan qayıtdıqdan sonra siyasi məsləhətləşmələrə başlayacağını və ondan narazı müxalifətçilərin də “dövlət” idarəetmə sistemində yer tutacağını söyləyib. Üstəlik, onun Rusiya paytaxtında separatçı rejimin nəzarətində qalan ərazidə yeni qanunsuz “parlament” və “prezident” seçkilərinin keçirilməsinin mümkünlüyünü müzakirə edəcəyinin gözlənildiyi də bildirilir. pizza

Xatırladaq ki, 10 Noyabr razılaşmasından bəri separatçı rejim rəhbərinin Moskvaya azı iki dəfə səfər etməsi haqda informasiyalar  verilmişdi./Moderator


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!