Azərbaycan Respublikasının 32-ci ildir ki, Ermənistanın və bilavasitə separatçı-terrorçu hayk rejiminin işğalında olan və hazırda 3-cü ildir ki, rəsmən Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhərində beşmərtəbəli yaşayış binalarının tikintisi davam edir.
Yenisabah.az xəbər verir ki, bu haqda “Haykmedia” məlumat və video-reportaj yayımlayıb.
Məlumata görə, hazırda rayon mərkəzinin küçələrindən birində 4 beşmərtəməbəli ev tikilir. pizza hut
İnşaat işlərinə 2021-ci ilin fevralından başlanıb. Evlərdən biri, demək olar ki, hazırdır digərinin isə dam örtüyü vurulur. Binalarda cəmi 120 üç və dörd otaqlı mənzil olacaq. Binalardan biri 2022-ci ilin sonunda, digərləri isə 2023-cü ildə istifadəyə verilməlidir.
Telegram kanalımız