Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində daha bir Ukrayna əsgəri həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri açıqlama verib.
Separatçıların dünən 5 dəfə atəşkəsi pozduğu diqqətə çatdırılıb. Həmçinin onların tank əleyhinə qumbara atanlar və yüngül silahlarla açdığı atəş nəticəsində üç Ukrayna əsgərinin yaralandığı bildirilib. Qeyd olunub ki, Ukrayna əsgərləri hücumlara cavab atəşi veriblər. Pepperoni pizza
Bildirək ki, Donbas bölgəsində ilin əvvəlindən bu günədək 30 Ukrayna əsgəri həlak olub.
Telegram kanalımız