Separatçıların müdafiə ordusunun komandiri Paşinyanla işləmək istəmir   - İstefaya gedir

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların müdafiə ordusunun komandiri Paşinyanla işləmək istəmir - İstefaya gedir

Rəsmi

22 İyul 2021 10:56 1101


Yaxın günlərdə təkcə Ermənistan Müdafiə Nazirliyində yox, həm də qondarma rejimin tərkibində dəyişikliklərin edilməsi gözlənilir.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, separatçıların müdafiə ordusunun komandiri “general-leytenant” Mikayel Arzumanyan istefa vermək niyyətindədir. O nə qondarma rejimin nümayəndələri, nə də Ermənistan rəhbərliyi ilə işləmək istəyir.

Erməni mənbələrində qeyd edilir ki, Baş nazir Nikol Paşinyan komandası Arzumanyanın vəzifəsindən imtina etməsini istəmir, bunun üçün də onu Ermənistan müdafiə sektorunda hər hansı bir vəzifəyə razı salmağa çalışırlar. Lakin Arzumanyan bu cür "dəyişikliyə" qəti şəkildə qarşıdır. pizza sifarişi

Bildirək ki, Arzumanyanın istefasından sonra onun yerinə kimin seçiləcəyi ilə bağlı hələ qəti bir qərar yoxdur, çünki qondarma rejim bu gün kadr problemi yaşayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!