Separatçıların rəhbəri kilsənin ümidinə qalıb

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların rəhbəri kilsənin ümidinə qalıb

Hadisə

22 Oktyabr 2020 15:21 1231


Özünü qondarma Dağlıq Qarabağın “prezident”i kimi təqdim edən Araik Arutyunyan uduzduqları döyüşlərə əsgər toplamaq üçün ermənilərə videomüraciət ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, müharibə ilə bağlı Ermənistan vətəndaşlarının ruh düşkünlüyünü açıq-aşkar etiraf edən separatçıların “rəhbər”i qələbə üçün duaya ehtiyacları olduğunu deyib.

“Bütün kilsələrin əsgərlər üçün dua etmələrini istəyirəm. Səhər yuxudan duran hər bir erməni qələbə üçün dua etməlidir”, - A. Arutyunyan qeyd edib. Marqarita pizza

O, “vətəndaşları” imkan daxilində cəbhəyə getməyə və bu qərardan geri dönməməyə çağırıb:

“Sizi təmas xəttində gözləyirlər. Gəlin vətənpərvərlik borcumuzu şərəflə yerinə yetirək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!