Bosniya və Herseqovinanın tərkibindəki Serb respublikasının lideri Milorad Dodik növbəti dəfə qalmaqallı açıqlama ilə çıxış edib. Bosniya serblərinin lideri Balkan yarımadasında olan xalqlarının hamısının onlardan qorxduğunu dilə gətirib.
Yenisabah.az xəbər verir ki, Dodik Sarayevo adminstrasiyasının özünü təqdib etdirdiyini bildirərək, Banya-Lukadan idarə olunan serb kantonunun öz müqəddəratını həll edə biləcəyi ilə təhdid edib. Belqrad, Moskva və Budapeştin siyasi dəstəyini alan Milorad Dodik serblərin axır-əvvəl birləşəcəyini bildirib.
Milorad Dodik Bosniyanın serblər yaşayan hissəsini Serbiyaya birləşdirmək təşəbbüsü ilə çıxış edir. Serblərin indiki Serbiya, Kosovo, Makedoniya, Bosniya və Herseqovina və Xorvatiyanın da bir hissəsini əhatə edən “Böyük Serbiya” ideyası 90-cı illərdə tənəzzülə uğrasa da, son proseslər mövzunu bir daha gündəmə gətirilib. Dini baxımdan pravoslav olan serblər, Yuqoslaviyanın dağılmasının gedişində dini və etnik səbəblərdən xorvatlara, bosniyalılara və albanlara qarşı müxtəlif qırğınlar törədib. Sezar pizza
Nazim Hacıyev
Telegram kanalımız