Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan millisi daha bir bürünc medal qazanıb.
Yenisabah.az xəbər verir ki, Osman Nurməhəmmədov (92 kq) bürünc medal görüşündə Andrey Vlasovu (Ukrayna) 5:0 hesabı ilə məğlub edərək öz çəkisində Avropanın üçüncüsü olub.
Bürünc medal qazanmaq şansı olan digər Dağıstandan olan güləşçilərimiz buna nail ola bilməyib. Əhmədnəbi Qvarzatilov (61 kq) Beka Lomtadzeyə (Gürcüstan) 7:9 hesabı ilə uduzub. Hacımurad Məhəmmədsəidov (86 kq) isə Nazim Aminlə (San Marino) təsəlliverici görüşə bir gün əvvəl zədələndiyi üçün çıxa bilməyib. pizza mizza
Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını dörd medalla başa vurub. Osman Nurməhəmmədovdan başqa, dünən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) bürünc medal qazanmışdı./Oxu.az
Telegram kanalımız