Sərbəst güləş üzrə yığmamızın dünya çempionatı üçün ilkin heyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sərbəst güləş üzrə yığmamızın dünya çempionatı üçün ilkin heyəti açıqlandı

İdman

25 Avqust 2023 21:49 573


Sərbəst güləş üzrə Azərbaycan millisinin bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

Dünya Güləş Birliyinin məlumatına görə, ölkəmiz nüfuzlu yarışda 10 idmançı ilə təmsil olunacaq.

Mundialda Əliabbas Rzazadə (57 kiloqram), İntiqam Vəlizadə (61 kiloqram), Hacı Əliyev (65 kiloqram), Maqomedbəşir Xanıyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Abubakr Abakarov (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) mübarizə aparacaq. Dördpendirli pizza

Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!