Sərbəst güləşçilərimiz dünya çempionatına uğursuz başladılar

saytların hazırlanması

Evə çatdırılma

Sərbəst güləşçilərimiz dünya çempionatına uğursuz başladılar

İdman

16 Sentyabr 2023 17:23 745


Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatının ilk günündə uğursuz çıxış ediblər.

Yenisabah.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan 4 güləşçinin hamısı məğlub olub.

61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqa qalib gəlsə də, ardınca qırğızıstanlı Taiyrbek Uuluya uduzub. pizza sifarişi

70 kq-da Maqomed-Başir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovdan güclü olub. Lakin Xaniyev İran idmançısı Amirməhəmməd Yazdaniçeratinin müqavimətini qıra bilməyib.

86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Muru üstələsə də, Fransanı təmsil edən Rəhim Maqamadova yenilib.

125 kq-da Georgi Meşvildişvili 1/16 finalda bolqarıstanlı İslam Adizovu məğlub edib. O, növbəti raundda türkiyəli Taha Akgüllə bacarmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!