Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı:   Üç qızıl, iki gümüş və iki bürünc medal

saytların hazırlanması

Evə çatdırılma

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

İdman

04 Sentyabr 2021 21:33 1055


Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib.

Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) təmsil edib. Dördpendirli pizza

Əşrəf Aşırov, Abubakr Abakarov və Osman Nurməhəmmədov çempion olub. İslam İlyasov və Aydın Əhmədov ikinci, Əliabbas Rzazadəylə Sabir Cəfərov isə üçüncü yeri tutub.

Beləliklə, millimiz yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!