Serbiya Prezidenti Azərbaycana təşəkkürünü bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Serbiya Prezidenti Azərbaycana təşəkkürünü bildirdi

Siyasət

12 Yanvar 2025 17:29 424


Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib. Pepperoni pizza

Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!