Serbiya səfirliyi silah məsələsi ilə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Serbiya səfirliyi silah məsələsi ilə bağlı açıqlama yaydı

Siyasət

21 İyul 2020 16:50 1131


Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyi açıqlama yayıb. 

Yenisabah.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında tərəfimizdən dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir.

Məsələ ilə bağlı Serbiyanın  Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb.  pizza hut

Hal-hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!