Serbiyada Afrika donuz vəbasına yoluxma qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Serbiyada Afrika donuz vəbasına yoluxma qeydə alındı

Dünya

11 Mart 2021 02:20 763


Serbiyanın Kruşevats şəhəri yaxınlığındakı Qloboder yaşayış məntəqəsində Afrika donuz vəbası virusuna yoluxma aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası məlumat yayıb.

Bildirilir ki, virusa Qloboder məntəqəsindəki bir donuz fermasında rast gəlinib, fakt Kruşevatsdakı Respublika Baytarlıq Müfəttişliyi tərəfindən də təsdiqlənib. Sezar pizza

Kənd Təsərrüfatı, Meşə və Su Təsərrüfatı Nazirliyi Trstenik bələdiyyəsi ərazisindəki Qloboder, Stopanya və Bresno-Pole yaşayış məntəqələri ətrafını çirklənmiş ərazi elan edib. İnfeksiya təhlükəsi olan ərazi 10 km radiusu əhatə edir.

Hazırda bütün donuz təsərrüfatlarının, eləcə də bu ərazilərdə donuz yetişdirən fərdi ev təsərrüfatlarının inventarizasiyası aparılır. Donuzların yoluxmuş ərazidə və infeksiya təhlükəsi altında olan ərazidə daşınması qadağandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!