Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanladı

Siyasət

25 Dekabr 2024 20:53 419


Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Pepperoni pizza

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.

Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!