“Sərdar Cəlaloğlu belə açıqlama verməyib”

saytların hazırlanması

Evə çatdırılma

“Sərdar Cəlaloğlu belə açıqlama verməyib”

Sosial

07 Yanvar 2020 11:27 2651


“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov qəzetə məxsus saytda (Hurriyyet.org) Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından gedən yazını təxribat adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, V.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, sayt haker hücumuna məruz qalıb.

O bildirib ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib: “Hazırda araşdırma aparılır. Sərdar Cəlaloğlunun adından saytda gedən yazı həqiqəti əks etdirmir, ADP sədri belə açıqlama verməyib. O yazı sayta bizim nəzarətimizdən kənar yerləşdirilib”. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!