“Banklardan üst-üstə 5 milyon lirə kredit götürmüşəm".
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri tükiyəli müğənni Sərdar Ortaç sosial şəbəkə hesabında yazıb.
Müğənni maddi durumunun yaxşı olmadığını, çoxlu borcunun olduğunu açıqlayıb. “Hər ay 120 min TL (29.892 AZN) evin kreditini verirəm. Keçmişdəki kimi gəlirimiz yoxdur. Bir lirə belə kənara pul qoymamışam. Ödənişləri iyuna qədər təxirə salmışam. Yoxsa ödəyə bilməyəcəkdim”. - deyə ifaçı bildirib. pizza sifarişi
Xatırladaq ki, bundan əvvəl də borcları olan müğənni onu Kipr kazinosunda udduğu pulla ödəmişdi. O, jurnalistlərə açıqlamasında kazinoda 504 min lirə pul qazandığını bildirmişdi.
Telegram kanalımız