Türkiyənin ulduz müğənnisi Sərdar Ortac səmimi etirafları ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, ölkəsində bir radio proqramına qatılan Ortac “O səs Türkiyə” yarışmasında jüri üzvü olmadığı üçün özünü qınayıb. Müğənni deyib ki, yarışmanın ideya müəllifi olan Acun İlaclı ona jüri olmağı təklif edəndə, Reinada olduğunu, yalnız burda müzakirə apara biləcəyini vurğulayıb.
“Acun dedi ki, mən sənə iş təklif edirəm, sən də məni Reinaya dəvət edirsən. Çox əsəbləşdiyi üçün telefonu üzümə qapatdı. Beləcə, “O səs Türkiyə” əldən çıxdı” – deyə, Ortac təəssüflə bildirib. pizza hut
Telegram kanalımız