Məşhur müğənni Serdar Ortaç sevgilisi Seçil Gürün "Məni nə qədər sevirsən?" sualına verdiyi cavabla qısa müddətdə sosial mediada gündəmə çevrilib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir həmkarı Seçil Gürlə sevgili olan Serdar Ortaç sevgilisi ilə görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Paylaşdığı görüntülərdə müğənni avtomobildə gedərkən qəflətən sevgilisi Seçil ona "Məni nə qədər sevirsən?"- deyə sual ünvanlayır. Dominos pizza
24 saniyəlik videoda Gürün sualı qarşısında bir müddət düşünən Serdar Ortaç "Aylarla meşədə ac qalan və bir antilopla qarşılaşıb onu yeməyə qıymayan aslan qədər” cavabını verib. Sənətçinin antilop əvəzinə “antrikot” deməsi qısa müddətdə sosial şəbəkələrdə yayılaraq gülüş hədəfinə çevrilib.
Müğənni daha sonra sevgilisi ilə fotosunu paylaşaraq ona “Canım antrikotum” -, deyə şərh yazıb.
Telegram kanalımız