Serenay Sarıkaya Baş Prokurorluğa çağırıldı - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Serenay Sarıkaya Baş Prokurorluğa çağırıldı - SƏBƏB

Şou

14 Yanvar 2025 15:27 917


Türkiyəli aktrisa Serenay Sarıkaya, İstanbul Baş Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu çağırış aktrisanın meneceri Ayşe Barım ətrafında sosial mediada yayılan iddialarla əlaqədar aparılan araşdırma ilə bağlıdır.

Jurnalist Selahattin Gündayın paylaşımına əsasən, Sarıkaya istintaq çərçivəsində şahid qismində dindirilmək üçün dəvət edilib. Günday sosial şəbəkədə "Serenay Sarıkaya Ayşe Barım məsələsi ilə bağlı prokurorluğa çağırıldı. Onun ifadəsi işin gedişinə təsir edə bilər," deyə bildirib. Marqarita pizza

Xatırladaq ki, Ayşe Barım Türkiyə film sektorunda bəzi iddialarla gündəmə gəlib. O, müəyyən aktyorlara maneələr yaratmaq və sektorda hegemonluq etməkdə ittiham olunur. Barımın ölkədən çıxmasına qadağa qoyulub və istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!