Sərfinaz Əliyeva vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sərfinaz Əliyeva vəfat etdi - Foto

Sosial

26 Noyabr 2025 00:44 1859


Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri Sərfinaz Əliyeva Sərfinaz vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, Əliyeva Sərfinaz Alı qızı 1957-ci ildə Goranboy rayonun Xanqərvənd kəndində anadan olub.

1974-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində təhsil alıb. pizza sifarişi

1981-1982 ildə Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında pediatriya ixtisası üzrə internatura təhsili alıb. 1982-1990-cı illərdə Bərdə rayon Samux kənd xəstəxanasında həkim-pediatr vəzifəsində çalışıb.

1990-2010-cu illərdə Samux kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2010-cu ildən etibarən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyətə başlayıb. 

Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə tibb müəssisəsinin rəhbərliyi tərəfindən dəfələrlə təltif olunmuşdur.

Bərdə Rayon Mərkəzi Xəstəxanası olaraq Sərfinaz Əliyevanın ölümündən kədər hissi duyuruq, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!