Sərgən Yalçın “Antalyaspor”un baş məşqçisi təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Sərgən Yalçın “Antalyaspor”un baş məşqçisi təyin edildi

İdman

31 Dekabr 2023 21:55 1255


Sərgən Yalçının yeni klubu müəyyənləşib. 

Yenisabahl.az “NTV Spor”un saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyə Superliqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi təyin edilib. Klubun vitse-prezidenti Alkan Evren açıqlamasında Sərgən Yalçınla bu mövsümün sonuna qədər anlaşdıqlarını deyib.

O, yeni komandasında ilk məşqə yanvarın 2-də çıxacaq.  pizza sifarişi

Qeyd edək ki, Sərgən Yalçın son olaraq 2020-21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!