Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışdı: “Dərhal atəş dayandırlsın”

saytların hazırlanması

Evə çatdırılma

Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışdı: “Dərhal atəş dayandırlsın”

Siyasət

13 İyul 2020 19:44 1446


Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

Yenisabah.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

“Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergey Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”. Toyuqlu pizza

Rusiyalı nazir həmçinin Bakı və Yerevanla təmasları çərçivəsində istər ölkə olaraq, istərsə də ATƏT-in Minsk qrupu həmsədri qismində vasitəçilik missiyasına bundan sonra da davam etdirəcəklərinin vurğulayıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!