Rus müxalifətçi Aleksey Navalnının komandası xarici işlər naziri Sergey Lavrov barədə ifşaedici hesabat yayımlayıb.
Yenisabah.az “Daily Beast”ə istinadla xəbər verir ki, hesabatda 71 yaşlı Lavrovun məşuqəsi Svetlana Polyakova barədə maraqlı iddialar yer alıb.
Heç bir peşəsi olmaya-olmaya bu qadın restoranlar şəbəkəsi, yaxtalar, dəbdəbəli mülklər sahibidir. Marqarita pizza
Navalnının komandası Polyakova və ailə üzvlərinin Rusiya və Böyük Britaniyada təxminən 13,6 milyon dollar dəyərində daşınmaz əmlaka və ümumi dəyəri təxminən 545 min dollar olan lüks avtomobillərə sahib olduğunu bildirib.
Svetlana Polyakovanın Lavrovla münasibətlərinin o qədər istidir ki, xanımın rəfiqələri onun əlaqə nömrəsini belə "Svetlana Lavrova" kimi qeyd edirlər.
Polyakova hətta Rusiya Prezidenti Vladimir Putinlə birlikdə ictimai tədbirlərə qatılıb və Putinin yanında olmağa icazə verilən elit bir qrupun üzvüdür.
Son 7 ildə Lavrovun məşqusənin ən azı 60 səfərdə onu müşayiət etdiyi iddia edilir.
Görünür, o, Lavrovla birlikdə Fransa, İtaliya, İsveçrə, Yaponiya, Sinqapur, Portuqaliya və Yunanıstan da daxil olmaqla, müxtəlif ölkələrə səyahətdə olub.
Bir sözlə, Polyakovanın anası və qızı hətta rəsmi səfərlərdə “evin kişisi”ni müşayiət ediblər.
İddiaya görə, Svetlana Polyakova Rusiya Xarici İşlər Nazirliyində böyük nüfuza malikdir və bir sıra yaxın dostlarını əsas vəzifələrə təyin edir.
Məşuqənin 26 yaşlı qızı “Instagram” səhifəsində tez-tez dəbdəbəli həyatını əks etdirən paylaşımlar edir.
Telegram kanalımız