Serhat Akın güllələndi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Serhat Akın güllələndi - FOTOLAR

Hadisə

27 Sentyabr 2024 08:18 6204


Türkiyə millisinin və "Fənərbaxça" klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.

“Yeni Sabah” qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı sabiq hücumçu sosial şəbəkə hesabında bildirib.

O, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb. Marqarita pizza

Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.

Hadisə ilə bağlı "Fənərbaxça" klubu da açıqlama yayıb.

"Keçmiş futbolçumuz Serhat Akına qarşı silahlı hücumu qınayırıq. Onun tezliklə sağalmasını diləyirik. Hadisəni törədənlərin ən qısa zamanda ədalət qarşısında cavab vermələrini gözləyirik", - klubdan bildirilib.

Qeyd edək ki, 5 mövsüm "Fənərbaxça"da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, "Fənərbaxça" forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!