Bir neçə gün əvvəl silahlı hücuma məruz qalan keçmiş türk futbolçu Sərhat Akın gözlənilməz qərar qəbul edib.
Yenisabah.az xəbər verir ki, Ayağından yaralanan Sərhat Akın Almaniyaya köçəcəyini deyib.
Hazırda idman şərhçisi kimi fəaliyyət göstərən Sərhat Akın hadisədən sonra 2 dəfə əməliyyat olunub. Veteran futbolçu köçməsi ilə bağlı iddiaları təsdiqləyib. Dominos pizza
Sərhat Akın Almaniyada doğulsa da, kariyerasını böyük hissəsi Türkiyədə keçib. O, “Fənərbaxça”nın sayılıb-seçilən futbolçularıdan sayılır.
Telegram kanalımız