Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik və 1796 ədəd psixotrop tərkibli "metadon-40" həbi aşkar olunaraq götürülüb.
Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.
Eyni zamanda, Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib. Axtarış nəticəsində sərhədboyu zolaqda ayaq izləri aşkarlanıb. Habelə ərazidə gizlədilmiş 1 ədəd bağlama (təxmini çəkisi 5 kiloqram 414 qram narkotik vasitə və 1850 ədəd "gabaprel 300" həbi) aşkar olunaraq götürülüb. pizza sifarişi
Telegram kanalımız