Sərhəddə əməliyyat: Şübhəli şəxs saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə əməliyyat: Şübhəli şəxs saxlanıldı - Foto

Maraqlı

02 Fevral 2022 16:00 657


Fevralın 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Marqarita pizza

Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir oğlu olduğu müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram “marixuana”, 900 qram “kakos”) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!