Sərhəddə qanunsuz telefonlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə qanunsuz telefonlar aşkarlandı

Kriminal

03 İyun 2019 13:44 1066


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Hundai Sonata" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. 

Bu barədə “Yeni Sabah”a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin salonunda sürət ölçən cihazın arxa hissəsindən sellofana bükülü şəkildə 5 ədəd "Samsung Galaxy A50", 4 ədəd "Samsung Galaxy A30", 2 ədəd, "Samsung Galaxy A20", 6 ədəd "Samsung Galaxy A10" mobil telefonlar və yük yerinin altında xüsusi düzəldilmiş gizlin saxlanc yerindən isə mobil telefon üçün 21 ədəd qutu, 17 ədəd "qulaqlıq", 21 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!