Sərhəddə təxribat olsa, Azərbaycanla müharibə... - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə təxribat olsa, Azərbaycanla müharibə... - Paşinyan

Siyasət

26 May 2025 15:58 503


Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumu zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır: pizza mizza

“Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onu müşayiət edən sənədlərin imzalanması məqsədi ilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq”.

Paşinyan vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib:

“Bizim yolumuz sülhdür. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!