Sərhəddəki təxribat ermənilərə baha başa gəldi:   3 hərbçi məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddəki təxribat ermənilərə baha başa gəldi: 3 hərbçi məhv edildi

Rəsmi

12 Yanvar 2022 10:14 721


Ermənistan Müdafiə Nazirliy Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədirkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, zərərsizləşdirilən erməni hərbçi 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb. pizza hut

İddialara görə isə düşmənin itkisi daha çoxdur. Sərhəddə baş verən insident zamanı 8 erməni hərbçisinin məhv edildiyi bildirilir. Sadəcə, Ermənistanın rəsmi dairələri həmişə olduğu kimi yenə faktı gizlətməklə məşğuldur.  

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!