Sərhəddən minlərlə telefon keçirmək istədilər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddən minlərlə telefon keçirmək istədilər - Foto

Kriminal

19 Avqust 2020 14:03 779


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyat hissələrinin və telefon aksessuarlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Yenisabah.az bildirir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, “Qara metallardan metal konstruksiyalar və onların hissələri” və “Qara metallardan qolf meydançaları üçün hissələr” kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib. Pepperoni pizza

Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyat hissələri və 2400 ədəd telefon aksessuarları aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!