Sərhəddən 16 ədəd “İphone“ keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddən 16 ədəd “İphone“ keçirmək istədilər

Hadisə

22 Dekabr 2020 14:03 734


Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Yenisabah.az-a DGK-ya istinadən xəbər verir.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF" markalı yük avtomobilləri saxlanılıb. pizza

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 3 ədəd "İphone 11 Pro Max", 9 ədəd "İphone 11 Pro Max Midnight Green 64 GB", 2 ədəd "İphone 11 Pro Max Midnight Green 256 GB", 1 ədəd "İphone 11 Pro Max 64 GB", 1 ədəd "İphone X Space Grey 256 GB" markalı mobil telefonlar və bu telefonlara aid boş qutular, 250 ampul isə dərman vasitələri aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!