“Sabah sərhədləri dəqiqləşdirmək üçün bölgəyə komissiya gəlməlidir”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu sərhəddəki Kut kəndi administrasiyasının rəhbəri Sima Çitçyan bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin Qara göl ərazisində vəziyyət əvvəlki kimi qalır. Azərbaycan hərbçiləri mövqelərindən geri çəkilməyib. Dördpendirli pizza
“Onlar yerlərində qalır, biz də öz yerimizdə. Avtomobillər zaman-zaman gəlir, yəqin, hərbçilər növbələrini dəyişir. Biz yalnız bunu görürük. Sərhədləri aydınlaşdırmaq üçün sabahı gözləyirik. Bölgəyə komissiya gəlməlidir. Rəsmi olaraq bizə heç nə demirlər”, – deyə Sima Çitçyan vurğulayıb.
Telegram kanalımız